Pakistanda gey-klub açmaq istəyən şəxs psixiatriya xəstəxanasına məcburi müalicəyə göndərilib.
"Unikal" xəbər verir ki, Abbotabad şəhərində adı açıqlanmayan kişi müraciət edərək gey-klub açmaq istədiyini bildirib. O, həmin klubda cinsi əlaqə olmayacağını deyərək razılıq almağa çalışıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi dərhal saxlayaraq xəstəxanaya yerləşdirib.
Qeyd edək ki, eynicinsli münasibətlərə görə 2 ildən ömürlük həbsə qədər cəza nəzərdə tutulur.