İsveçrə parlamentinin üzvləri hökuməti ölkə məktəblərində hicab taxmağın qadağan edilməsi məsələsini nəzərdən keçirməyə çağırır.

"Unikal" xəbər verir ki, bu barədə parlamentin saytında məlumat verilib.

Qeyd olunur ki, Milli Şura (Parlamentin Böyük Palatası) bu məsələ ilə bağlı postulatı 77 əleyhinə 104 səslə dəstəkləyib.

Parlamentarilər hesab edirlər ki, hicab taxmaq ölkə konstitusiyasına ziddir, çünki müsəlman ailələrdən olan qızlara qarşı ayrı-seçkilik edir və onların itaət etmək məcburiyyətini nümayiş etdirir.