Biləsuvarda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini, 2020-ci il təvəllüdlü İ. Rəhmətlini avtomobil vurub. 

Yaralı müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov