"Bu ilin sonuna ölkə üzrə 100% genişzolaqlı internet təminatı məsələsi öz həllini tapacaq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

“Bugünkü rəqəmlər təxminən 80%-ə yaxındır. Əksər bölgələrimizdə artıq fiberoptik internet xətləri mövcuddur. 100 % deyəndə biz bunun 95 %-ni fiberoptik xətlərlə icra etməyi nəzərdə tuturuq. Bəzi ucqar kəndlərimizdə isə simsiz şəbəkə vasitəsilə interneti təmin edəcəyik. Amma ortalama 35 Mbit/s internet sürətindən söhbət gedir. Burda kifayət qədər yüksək sürətli internet deməkdir”.

Anar Kəlbiyev