“Bugünkü müzakirə etdiyimiz büdcə artımının səmərəli istifadəsi onu göstərir ki, istər müdafiə sektoru, istər işğaldan azad edilmiş ərazilərə bu vəsaitlər ayrılır və doğru işlər görülür. Amma digər tərəfdən biz sosial məsələyə daha çox fokuslanmağa başlamalıyıq”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib. O bildirib ki, hər il dürüstləşmiş büdcə müzakirə edilir, amma yenə də şikayətlər var:

“Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kim olur olsun, əhali həmişə şikayətçi olacaq. Bu tək bizim ölkədə olan məsələ deyil. Viyetnam müharibəsindən nə qədər vaxt keçib, lakin bu gün də ABŞ-də sosial problemlər müzakirə olunur. Biz məsələyə konseptual yanaşmalıyıq. Bugünkü müharibə veteranlarına verilən 80 manat müavinəti yenidən qaldırmağa ehtiyac var. Bu il bunu müzakirə edək ki, gələn ilə bəlkə sevindirici hal olar, müavinətlər qalxar. Bu mövzu prioritet mövzular sırasına girməlidir. Biz güclü dövlət qurmuşuq. Sosial layihələrə hamımız dəstək olmalıyıq. Həmkarlarımı dəstəkləyirəm. Artıq veteranların 80 manat məsələsinə yenidən baxılmasına və artırılmasına ehtiyac var”.

Anar Kəlbiyev