Rusiyanın Rostov vilayətində sevgilisini amansızlıqla qətlə yetirən şəxs həbs edilib.
"Unikal" xəbər verir ki, kişi birgə yaşadığı 38 yaşlı sevgilisi ilə dava edib. Bunun fonunda rus qadını ayaqlarından avtomobilin buferinə bağlayıb və meşəyə sürükləyib. Hadisə nəticəsində qadın ağır yaralanıb. Hirsi soyumayan cani balyozla qadının başına zərbələr endirib.
38 yaşlı qadın həyatını itirib. Qısa zamanda kişi polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
Seymur Əli