13 iyun saat 08:00-dan 18:00-dək M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu km-də (Qaradağ rayonu, Ələt qəsəbəsindən keçən hissə) inşa olunan yerüstü piyada keçidlərinin platformalarının quraşdırılması işləri aparılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Unikal"a verilən məlumata görə, bununla əlaqədar olaraq sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəri yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.