Yeddilik (G7) ölkələrinin liderləri Fələstinin HƏMAS qrupunu ABŞ prezidenti Co Baydenin təklif etdiyi İsraillə atəşkəs razılaşmasını qəbul etməyə çağıracaqlar. 

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

G7 ölkələri bu həftə keçirəcəkləri illik toplantının sonunda açıqlayacaqları kommünikedə də İsraili  Rəfah şəhərində genişmiqyaslı hərbi hücumdan sonra gərginliyi azaltmağa çağıracaqlar. 

G7-nin dili İsrailin baş naziri Benyamin Netanyahunu rəsmi olaraq atəşkəs təklifini qəbul etməyə məcbur etmək məqsədi daşıyır. Kommunike layihəsində İsrailin “irəliyə getməyə hazır olduğu” bildirilir.