İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün polis səs bombalarından istifadə edib.
"Unikal" xəbər verir ki, yayılan görüntülərə əsasən, etirazçıların üzərinə səs qumbaraları atılıb.
Məlumata görə, etirazçılar arasında zərərçəkənlər də olub.
Arxiyepiskop Baqrat Qalstanyan etirazçıları geri çəkilməyə və təxribatlara uymamağa çağırıb.