"Zenit" iki yarımmüdafiəçi üçün "Beşiktaş"a 30 milyon avro təklif edib.
"Unikal" xəbər verir ki, məlumatı "Depar Sports" yayıb.
Xəbərə görə, bunlar Jedson Fernandeş və Baktiyor Zaynutdinovdur.
Geridə qalan mövsümdə 26 yaşlı Zaynutdinov bütün turnirlərdə 42 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qara qartallar"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
2022-ci ildən İstanbul təmsilçisinin uğurları üçün çalışan Fernandeş son "futbol ili"ndə 45 qarşılaşmada mübarizə aparıb. O, bu görüşlərdə 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı Jedsonun "Beşiktaş"la anlaşmasının müddəti 2027-ci ilin yayında başa çatacaq.