Ermənistanın baş naziri Nikol Paşinyan keşiş Baqrat Qalstanyanı ələ salıb.
"Unikal" xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı Qalstanyanın onunla necə görüşməyə can atmasını belə şərh edib:
"Görüşək, görüşək, görüşək, görüşək. Yaxşı, görüşək. Görüşəcəkdim. Və nə olacaq? Siz deyirsiniz ki, Ermənistan Respublikasının baş nazirinin kiminləsə görüşməsi problemlidir?”.