Türkiyənin Antalya şəhərində polis hotellərdə satışı nəzərdə tutulan 3,5 milyon şüşədən çox qanunsuz spirtli içkini müsadirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hüquq-mühafizə orqanları Muratpaşa ərazisində polisin turizm mövsümünün əvvəlində hotellərdə satmağı planlaşdırdıqları anbarlarda spirtli içkilərin saxlandığı iki ünvan müəyyən etdiyini vurğulayıb.
Polis, müsadirə edilən qeyri-qanuni spirtli içkilərin Türkiyə tarixində bir anda müsadirə edilən ən böyük partiya olduğunu bildirib.
Gülayə Mecid