Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə təqsirləndirilən Fərahim Mirzəzadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatina görə, zərərçəkmiş qismində Nuray adlı xanım ifadə verərək bildirib ki, mənim anamı, bacımı səsli olaraq sosial şəbəkədə söyüb. Sonra anam bunun şəkilini sosial şəbəkə də paylaşıb ki, tanısınlar bu əxlaqsızı.
Təqsirləndirilən Fərahim Mirzəzadə isə bildirdi ki, bunun bank kartına əmioğlu dəfələrlə pul göndərib.
Nuray isə Fərahimin istintaqa verdiyi ifadəsində guya ona 3 min manat pul verdiyini qeyd etdi: "Üst-üstə 20 manat pul verib mənə. Yazıb ki, məni guya otelə aparıb. Desin hansı otelə, nə zaman getmişik?".
Fərahim Mirzəzadə isə, hətta bununla bir dəfəyə 13 saat bir yerdə olduğunu, tez-tez görüşdüyünü məhkəmə heyətinin nəzərinə çatdırdı.
Sonda zərərçəkən Nuray xanım təqsirləndiriləndən mənəvi ziyan da tələb etdi.
Məhkəmə prosesi 1 avqust tarixinə kimi təxirə salındı.
Azər İsrafilov