Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a bildirildiyinə görə, araşdırmalar zamanı məlum olub ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.