Yaponiya hakimiyyəti Çin, BƏƏ, Özbəkistan, Qazaxıstan və Hindistandan olan bir sıra şirkətlərə anti-Rusiya sanksiyalarından yayındıqları üçün məhdudiyyətlər tətbiq etmək niyyətindədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib.
"Bu sanksiyalar konkret ölkələrə yönəlməyib, biz onları sanksiyalardan yayınmada iştirak edən ayrı-ayrı şirkətlərə qarşı tədbirlər kimi görürük”, - rəsmi Tokioda mətbuat konfransında çıxışı zamanı izah edib.
Hayaşinin sözlərinə görə, Yaponiya hökuməti hazırda Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını əlaqələndirir və tezliklə detalları dərc edəcək.