Xəbər verdiyimiz kimi, Bakıda türkiyəli iş adamının meyiti tapılıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serkan Sökmen Türkiyənin Kırıkkale vilayətindəki tanınmış iş adamlarından biri olan Harun Sökmenin kiçik oğludur. 

S.Sökmenin səhər saatlarında infarkt keçirdiyi deyilir. 

Xəstəxanaya aparılan Sökmeni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Onun cənazəsi sabah dəfn olunacaq.

Ağarza Elçinoğlu 

***10:01

Bakıda Türkiyə vətəndaşının meyiti tapılıb.

"Unikal" xəbər verir ki, 1984-cü il təvəllüdlü Sökmen Serkanın meyiti kirayə yaşadığı Xətai rayonu, Ramiz Quliyev 69, mənzil 20 ünvanında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

S.Serkanın restoran biznesi ilə məşğul olduğu bildirilir.