Paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması nəticəsində 6 nəfərin xəsarət alması faktı ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Xatırladaq ki, ötən gün “Şərur MTK” yaşayış kompleksində lift qırılıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Murad İbrahimli