BRİKS-in (əvvəlcə Braziliya, Rusiya Federasiyası, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu) builki genişləndirilməsindən sonra Misir, İran, Efiopiya və BƏƏ də daxil olmaqla, daha 29 ölkə bu və ya digər formada təşkilata qoşulmaq istəyir.
"Unikal" xəbər verir ki, "İzvestiya" BRİKS-ə tamhüquqlu üzv və ya tərəfdaş dövlət kimi qoşulmaq istəyən ölkələrin tam siyahısını əldə edib. Həmin ölkələr arasında Azərbaycan, Türkiyə, Vyetnam, İndoneziya, Suriya və Tailand var. Siyahıya Çad, Eritreya və Cənubi Sudan da daxil olmaqla bir çox Afrika ölkəsi də daxildir.
"Yerli analitiklər Bakının qrupla əməkdaşlığının üstünlüklərini dəfələrlə qeyd ediblər: bu, Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı ticarətin həcmini artıracaq. İştirak baxımından Azərbaycanı qonşuları olan Rusiya və İranın üzvlüyü həvəsləndirə bilər. Beləliklə, regionda BRİKS-ə üzv ölkələrin bütöv bloku formalaşacaq", - məlumatda deyilir.
Ağarza Elçinoğlu