Türkiyədə amfibiya yanğınsöndürən təyyarə gölə düşərək batıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, hadisə Aydın bölgəsində baş verib. Meşə yanğınlarının söndürülməsində iştirak edən təyyarə Bafa gölünə sərt eniş edib və batmağa başlayıb.

Ekipaj üzvləri xilas edilib.