Yasamal rayonundakı Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində “Son zəng” tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, bu münasibətlə keçirilən bayram tədbirində təhsil ocağının direktoru Tariyel Talıbov məzunları təbrik etdi və onlara uğurlar arzuladı.

Son zəng tədbirinə qatılan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov məzunları və onların valideynlərini, müəllim kollektivini Rayon İcra Hakimiyyəti adından təbrik edərək onlara ən xoş arzularını çatdırdı.Ümummilli liderimiz Heydər Əliyevin  "Təhsil millətin gələcəyidir” kəlamını xatırladan Elşad Həsənov bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təhsilə xüsusi qayğı və diqqət göstərdiyini vuğuladı. Bildirildi ki, Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Son 20 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib.

Öz çıxışında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, bu gün 11 sinifi bitirib məzun olanlar arasında şəhid generalımız Polad Həşimovun oğlu da var. Elşad Həsənov şəhid övladının bizim üçün bir əmanət olduğunu vurğuladı. Həm Birinci, həm İkinci Qarabağ müharbəsindəki şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımız azad edildi və bu gün bayrağımız Şuşada dalğalanır!

Tədbirdə çıxış edən digər natiqlər məzunlara gələcək təhsil və həyatlarında uğurlar və bol nailiyyətlər dilədilər. Tədbirdə məzunların hazırladıqları musiqili kompozisiyalar ifa edildi. Müsiqili nömrələr hamıda xoş əhval-ruhiyyə yaratdı.