Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, qəza saat 17 radələrində Ələt-Astara yolunun rayonun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan iki nəfər - İbrahimov Həbib və Zülfüqarov Rövşən Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.