İrəvan-Kişinyov reysi ilə içan təyyarə Buxarestdə məcburi eniş edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, FlyOne aviaşirkətinin idarə heyətinin sədri Vladimir Çebotarın sözlərinə görə, təyyarə Moldova paytaxtına yox, Ermənistana qayıdacaq:
“Prosedura görə, təyyarə İrəvana qayıdır. Bu uçuşa Moldova məkanına daxil olmaq icazəsi verilməyib. Məsələyə baxılacaq"
Çebotar qeyd edib ki, aviaşirkət hazırda uçuşla bağlı baş verən bütün halları müəyyənləşdirir.
“Başa düşdüyüm qədər, təyyarədə şübhəli insan olub. Ekipaj bəzi uçuş məlumatlarını dəyişib. Sərnişinlərdən biri şübhə doğurub. Təfərrüatları bilmirik", - deyə aviaşirkət rəsmisi bildirib.