"Kəpəz" klubu iki futbolçu ilə yollarını ayırıb.
Gəncə təmsilçisinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşma yenilənməyib. Hər iki legioner komandanı tərk edib.
Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız ötən mövsüm “Kəpəz”də çıxış edib.