Oğuzda 53 yaşlı velosipedçini avtomobil vurub.

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, velosipedlə hərəkətdə olan rayonun Şirvanlı kənd sakini 1971-ci il təvəllüdlü Rəhim Kərim oğlu Cəfərovu minik avtomobili vurub. 

Ağır bədən xəsarətləri alan 53 yaşlı R. Cəfərov öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyəti ağır olduğü üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli