İyunun 16-da səhər saatlarında terrorçuların Rostov Federal Penitensiar Xidmətin əməkdaşlarını girov götürdükləri istintaq təcridxanasında axtarışlar başlayıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri məhbuslardan qaydalara uyğun olaraq yanlarında olması qadağan edilən əşyalar axtarır.
İyunun 16-da Rostov-na-Donudakı istintaq təcridxanasında məhbuslar Federal Penitensiar Xidmətin (FSIN) iki əməkdaşını girov götürüblər. Onlardan bəziləri terror aktı hazırlamaqda - 2023-cü ildə Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasını partlatmağa cəhddə təqsirli bilinib. Onlar maşın verib azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı terrorçular məhv edilib, girovlar azad edilib.
İstintaqın bir versiyasına görə, hücum zamanı məhv edilən cinayətkarlara əvvəllər istintaq təcridxanasında əlaqə qurmuş digər həbs olunanlar telefon və mobil rabitə əldə edə bilərdilər.