Belarus prezidenti Aleksandr Lukaşenkonun respublikada korrupsiya ilə məşğul olan yəhudilər haqqında sözləri qəbuledilməz, hədsiz və antisemitizmdir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,bunu İsrailin xarici işlər naziri İsrael Katz deyib.
Diplomatın sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyinin Avrasiya Bürosunun rəhbəri Yuval Fuks bununla bağlı Belarusun İsraildəki səfirinə şikayət edib.
İyunun 14-də Lukaşenko hökumətlə görüş keçirib, o, korrupsiya qalmaqalından danışıb. Dövlət başçısı bildirib ki, onun keçmiş köməkçisi, Vitebsk vilayəti üzrə inspektor, keçmiş kənd təsərrüfatı və ərzaq naziri İqor Braylonun əli var.