Gün ərzində Gürcüstanda iki zəlzələ baş verib. İlk zəlzələ günün birinci yarısında qeydə alınıb. Zəlzələnin gücü 3,8 bal olub.
"Unikal" xəbər verir ki, Geoloji Elmlər İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, ikinci zəlzələ Oni şəhəri yaxınlığında - Tsxmori kəndində baş verib.
Zəlzələnin ilkin gücü 4,4 bal olub. Bundan əlavə, Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, Oni yaxınlığındakı Badzhixevi kəndində də 4 bal gücündə afterşok müşahidə olunub.