Amerika lideri Co Bayden yenə hərəkəti ilə diqqət çəkməyi bacarıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdə Demokrat Partiyasının sponsorları ilə keçirilən tədbirdən sonra Ağ Evin keçmiş və indiki rəhbərləri qonaqlarla vidalaşmaq üçün səhnəyə çıxıblar.
Obama artıq çıxışa doğru irəliləməyə başlayıb, lakin Bayden donub və yerindən tərpənməyib. Daha sonra eks-prezident Amerika liderinin əlinə toxunaraq onu bu vəziyyətdən çıxarıb və səhnədən birlikdə tərk ediblər.