Fransada 2022-ci il parlament seçkiləri zamanı seçki kampaniyası dövründə dövlət vəsaitini mənimsənilməsi ilə əlaqədar Respublikaçılar partiyasının sədri Erik Siottiyə qarşı Nitsada istintaq işi açılıb.
"Unikal" xəbər verir ki, bu, Respublikaçılar partiyasının sədrinə qarşı 2022-ci ildən bəri açılan artıq üçüncü istintaq işidir. İstintaq Antikorrupsiya Assosiasiyasının hesabatından sonra mayın 31-da açılıb.
Dövlət vəsaitinin mənimsənilməsinə dair məlumat 2022-ci ildə Alp-Maritim seçki dairəsindən olan Antikorrupsiya Assosiasiyasının referenti tərəfindən verilib. Sənaye və ticarət palatasına Nitsa limanında verilmiş pulsuz parkinq kartlarından sui-istifadə edildiyi bildirilir. Assosiasiyanın hesabatında qeyd edilir ki, partiya sədri E. Siottinin qohumları və yaxınları ən azı 8 belə kartdan yararlanıb.
Xatırladaq ki, 2022-ci ilin noyabrında Milli Maliyyə Prokurorluğu Siottinin keçmiş həyat yoldaşı Karolin Manyenin icra etdiyi işlərlə bağlı dövlət vəsaitinin mənimsənilməsinə dair istintaqa başlayıb.