Futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başa çatıb.
"Unikal" xəbər verir ki, günün ikinci matçında Belçika Slovakiya ilə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib.
***20:12
Belçika - Slovakiya matçında hesab açılıb.
"Unikal" xəbər verir ki, 7-ci dəqiqədə slovakiyalı İvan Şrans fərqlənib.
***20:00
Almaniya keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başlayıb.
"Unikal" xəbər verir ki, Belçika - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qeyd edək ki, E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla məğlub edib.