Azərbaycan cüdoçularl Sloveniyanın Podçetrtek şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.
"Unikal" xəbər verir ki, milli komanda iki günün nəticəsinə əsasən 4 qızıl, 1 gümüş və 3 bürünc mükafat qazanaraq ümumi hesabda və kişilər arasında birinci yeri tutub.
Yarışın ikinci günü kişilər arasında 4 çəki dərəsində 5 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. -81 kq. çəkidə Məhərrəm İmamverdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. +100 kq. çəkidə İmran Yusifov qızıl, Camal Feyziyev bürünc medal qazanıb. -100 kq. çəkidə Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.