Futbol üzrə Avropa çempionatında D qrupunun ikinci qarşılaşması Fransa və Avstriya milliləri arasında baş tutub.

"Unikal" xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada fransızlar rəqibini 1-0 hesabı ilə üstələyib.

***23:52

Avstriya - Fransa oyununda ilk hissə başa çatıb.

"Unikal" xəbər verir ki, Fransa yığması fasiləyə öndə yollanıb.

Avstriyalı M.Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

***23:00

Futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyun keçirilir.

"Unikal" xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da Avstriya - Fransa matçı başlayıb.

Qeyd edək ki, ötən gün bu qrupda Niderland yığması Polşanı 2:1 hesabı ilə məğlub edib.