Avropa çempionatının qrup mərhələsinin ilk turunda Almaniyaya qarşı keçirdikləri matçda Şotlandiya millisinin qırmızı vərəqə alan müdafiəçisi Rayan Porteusun cəzası açıqlanıb.
"Unikal" xəbər verir ki, İlkay Gündoğana qarşı kobud oynadığı üçün meydandan qovulan 25 yaşlı futbolçu UEFA İntizam Komitəsi tərəfindən 2 oyunluq diskvalifikasiya edilib.
Bu isə o deməkdir ki, Porteus AÇ-2024-ün qrup mərhələsində İsveçrə və Macarıstana qarşı oynaya bilməyəcək.
Xatırladaq ki, Almaniya - Şotlandiya matçı birincilərin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.