İranda baş verən 5 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
"Unikal" İran mediasına istinadən xəbər verir ki, xəsarət alan 120 nəfərdən 35-i xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İranın şimal-şərqində Kəşmər şəhərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri şəhərdən 3 km şimal-qərbdə yerləşib.
*** 16:15
İranda baş verən 5 bal gücündəki zəlzələ nəticəsində 2 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
XXX
15:34
İranda zəlzələ baş verib.
“Unikal” xəbər verir ki, İranın şimal-şərqindəki Rəzəvi Xorasan vilayətində qeydə alınan zəlzələ 5 bal gücündə olub. Baş verən zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb.
Dağıntılar altında qalanların olduğu bildirilir.