“Üzüklərin hökmdarı” filmində "Qandalf" rolu ilə məşhurlaşan 85 yaşlı aktyor İan MakKellen xəstəxanalıq olub.
“Unikal” xəbər verir ki, aktyor Londonda teatrda səhnədən yıxılıb.
MakKellenin döyüş səhnəsini canlandırarkən səhnədən yıxıldığı və ağrıdan qışqırdığı bildirilib.
Hadisədən sonra tamaşa dayandırılıb və aktyorun qarşıdan gələn bütün tamaşaları da ləğv edilib.