Rusiyalı həkimlər bədənindən 35 meqavoltluq cərəyan keçən adamı xilas ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Tümen vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə Sverdlovsk vilayətindən olan elektrikçinin Yamalada xidmət etdiyi gün baş verib. Həmin şəxs hansı şəraitdə elektrik gərginliyini keçirdiyini xatırlamır.
Hadisədən sonra o, sağ qalıb və xəstəxanaya aparılıb.
Cərrahın sözlərinə görə, həmin şəxs 3-cü dərəcəli elektrik yanığı ilə xəstəxanaya daxil olub. Mütəxəssislər cərrahi üsulla dərini bərpa ediblər. O, sağ ayağının dizinə qədər ciddi yanıq xəsarəti alıb.