Avropa üçün ən böyük bədbəxtlik Rusiyanın hərəkətləri deyil, ABŞ-dən ağır formada asılılığıdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında məlumat verib.
Onun fikrincə, amerikalılar avropalıları təkcə öz peyklərinə deyil, tamamilə asılı olan “müştəri krallarına” çevirdilər.
“Məncə, “Roma xalqının dostu” ifadəsini xatırlamağın vaxtıdır. Romadakı konsullar və imperatorları “müştəri krallar” adlandırırdılar. Bunlar tamamilə asılı olanlardır. Rusiya deyil, məhz bu avropalılar üçün ən böyük bədbəxtlikdir”, - deyə Zaxarova yazıb.