Goranboyda 59  yaşlı kişi döyülərək xəstəxanalıq olub.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib.

Hələ ki məlum olmayan səbəbdən 1965-ci il təvəllüdlü Səfikürd əsilli Qasımov Məcid Hidayət oğlu rayon mərkəzində kirayədə yaşadığı ərazidə hücuma məruz qalıb. O küt alət və daşla döyülərək baş, ənsə və əl nayihələrindən müxtəlif əzilmiş və kəsilmiş bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov