UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” ilə Moldova “Şerif”i arasında keçiriləcək oyunların başlama saatı və məkanı müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu barədə "Şerif"in rəsmi saytı məlumat yayıb.

İlk görüş iyulun 11-də “Şerif Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab oyunu isə iyulun 18-də Mərdəkandakı  "Liv Bona Dea Arena"da keçiriləcək. Bu oyunun start fiti saat 20:00-da veriləcək.

Qeyd edək ki, bu mərhələni adlayacaq komanda 2-ci təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.