Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini, o cümlədən Rusiyanın mayeləşdirilmiş təbii qazının Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətləri qəbul edib. 

"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Yenilənmiş sanksiyalar siyahısında Rusiyadan 116 fiziki və hüquqi şəxs yer alıb. 

Yeni paket boşluqların aradan qaldırılması hesabına mövcud sanksiyaların təsirini maksimuma çatdıracaq tədbirləri ehtiva edir.

Ağarza Elçinoğlu