Hacılı Zamin Dilafət oğlu "Bank of Baku"da İdarə Heyətinin üzvü (Risk və komplayens üzrə), Baş risk inzibatçısı vəzifəsinə təyin olunub.
"Unikal" xəbər verir ki, o, iş fəaliyyətinə 2003-cü ildə başlayıb.
2007-ci ildən etibarən isə "Bank of Baku"da çalışıb.
2015-2018-ci illərdə Daxili audit departamentinin direktor müavini, 2018-ci ildən cari təyinata qədər isə Daxili audit departamentinin direktoru vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, Zamin Hacılı 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr təhsili alıb.
Daha sonra 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə magistr dərəcəsini əldə edib.