ABŞ-nin Saypan adasındakı (Şimali Mariana Adaları Birliyi) Federal Dairə Məhkəməsinin hakimi Ramona Menqlona “WikiLeaks”in qurucusu Culian Assanjın Britaniya həbsxanasında yatdığı müddətə hökm çıxarıb.

“Unikal” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik əlavə edib ki, Assanj məhkəmə zalını sərbəst tərk edə bilər, 14 illik hüquqi mübarizə başa çatıb.

Xatırladaq ki, o, 2019-cu ildən bəri Böyük Britaniyadakı ciddi rejimli Belmarş həbsxanasında saxlanılıb və Ekvadorun Londondakı səfirliyindən qovulduqdan sonra orada yerləşdirilib. Vaşinqton beş ildən çoxdur ki, onun Londondan ABŞ-yə ekstradisiyasını istəyir, lakin Assanjın müdafiəsi bunun qarşısını almaq üçün yeni cəhdlər edib. ABŞ-də Assanj Amerika tarixinin ən böyük məxfi məlumatların açıqlanması hadisəsi ilə bağlı cinayətlərdə ittiham olunur.

***

18:55

Culian Assanjın olduğu təyyarə Tailanddan Saipan adasına (Şimali Mariana adaları, ABŞ ərazisi) uçub.

"Unikal" xəbər verir ki,, burada "Wikileaks"in yaradıcısının məhkəmə iclasından sonra sərbəst buraxılacağı gözlənilir.

*** 10:24

"WikiLeaks" in qurucusu Culian Assanj 5 ildən sonra azadlığa buraxılıb.

"Unikal" xəbər verir ki, ABŞ-nin məxfi yazışmalarını və sənədlərini sızdırmaqla beynəlxalq ictimaiyyətdə qəzəb doğuran "WikiLeaks"-in qurucusu Culian Assanj ABŞ-nin casusluq qanunlarını pozmaqda təqsirli bilindikdən sonra, Böyük Britaniyada həbs cəzasına son qoyacaq və Avstraliyaya geri qayıtmasına imkan verən razılaşma ilə zaminə buraxılıb. 

Zərifə Nağıyeva