Türkiyənin Bingöl şəhərində 4 bal gücündə zəlzələ baş verib.
“Unikal” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ Bakı vaxtı ilə saat 08:42-də qeydə alınıb. Yeraltı təkanların ocağı 11,12 km dərinlikdə yerləşib.
Təkanlar ətraf rayonlarda da hiss olunub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.