"Qarabağı Azərbaycana Rusiya "verməyib”, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri tamamilə yalandır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib. 

"Erməni siyasətçilərinin, o cümlədən ali rəhbərliyin səs yazılarına və çıxışlarına istinad etmək lazımdır. Bu sualların cavabları artıq orada mövcuddur. O qeydlər məlumdur, qoy oxusun", - deyə Karasin bildirib.

Xatırladaq ki, Armen Qriqoryan bu gün jurnalistlərlə söhbətində deyib: "Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra getdi, bütün reallıq budur".

Ağarza Elçinoğlu