Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Federasiyası Baş Qərargahının rəisi Valeri Gerasimovun həbsinə dair orderlərini tanımır və absurd hesab edir.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
"Biz həmin məhkəmənin yurisdiksiyasını tanımırıq, müvafiq qanunun üzvü deyilik. Ona görə də biz o orderləri tanımırıq. Biz onları kifayət qədər absurd hesab edirik, eləcə də dövlət başçısı və digərləri üçün iki keçmiş orderi", - deyə Peskov bildirib.
Ağarza Elçinoğlu