ABŞ-nin Ukraynadakı səfirliyinin hərbi attaşesinin meyiti Kiyevdəki “Hilton” hotelində tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

"Dünən saat 11:00 radələrində ABŞ səfirliyinin attaşesinin meyiti hotel otağında tapılıb. Meyitin üzərində zorakılıq izləri aşkar edilməyib", - məlumtda deyilir. 

O, iyunun 15-də Ukraynaya gəlib. ABŞ səfirliyi tərəfindən təqdim edilən tibbi qeydlərə görə, onun yüksək xolesterolu var idi. Digər təfərrüatlar verilmir.

Ağarza Elçinoğlu