Mahaçqalada Ömərov qardaşlarından 6-sı xırda xuliqanlıq maddələri ilə həbs edilib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, onlar barəsində 10-15 günlük həbs qətimkan tədbiri seçilib.
Digər qardaşlar - Osman və Adil ötən gün Dağıstanda terror aktları törədən qruplaşmanın üzvləri olub. Onlar zərərsizləşdiriliblər.
Ömərov qardaşlarının atası - Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərov da əvvəllər xırda xuliqanlıq maddəsi ilə həbs edilib.
O, hazırda oğullarının radikal fikirlərini bildiyi üçün terrora dəstək maddəsi ilə ittiham olunur.