Rusiyanın Komi vilayətində sərnişin qatarı relsdən çıxıb. 

"Unikal" Rusiya KİV-nə istinadən xəbər verir ki, Vorkuta-Novorossiysk sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb.

Təxminən 70 nəfər yaralanıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

Hazırda digər sərnişinlərin təxliyəsi həyata keçirilir.