ABŞ ordusunun Avropa Komandanlığı Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Avropa Komandanlığının “X” hesabında paylaşım edib. 

“Silahlı Qüvvələr gününüz mübarək, Azərbaycan! Biz sizin Ordunun regional sabitliyə verdiyi töhfəni və güclü tərəfdaşlığımızı alqışlayırıq” - təbrik paylaşımında qeyd edilib.