İngiltərə kralı III Çarlzın bacısı Şahzadə Anna yaxın günlərdə evində keçirdiyi qəzadan sonra beyin silkələnməsi və aldığı yüngül xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,73 yaşlı Şahzadənin yaddaş itkisi ilə bağlı problemləri olduğu açıqlanıb.
Şahzadə Annanın qəza nəticəsində beyin sarsıntısı keçirdiyi və yüngül xəsarətlər səbəbindən yaddaş itkisi yaşadığı bildirilib. Həmçinin, 73 yaşlı Şahzadənin yaddaş itkisinin "müvəqqəti" olduğu ehtimal edilir.
Qeyd edək ki, şəhazadənin dövlət və Kanadaya səfər də daxil olmaqla, bu həftə üçün planlaşdırılan bütün rəsmi işləri ləğv edilib.
Zərifə Nağıyeva